MSK KİV-ə müraciət edib

MSK KİV-ə müraciət edib
# 15 avqust 2013 09:55 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkiləri ilə bağlı KİV-ə müraciət edib.

MSK-dan APA-ya daxil olan müraciətdə 9 oktyabrda keçiriləcək seçkilərdə seçkiqabağı təşviqata dair qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi bildirilir.

Müraciətdə deyilir ki, hazırda prezidentliyə namizədlərin irəli sürülməsi və təsdiq olunması, təsdiq edilmiş namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması prosesi gedir: “Seçki qanunvericiliyinin tələblərinə görə, bu seçkilərdə seçkiqabağı təşviqat yalnız belə fəaliyyətə səlahiyyətli subyektlər tərəfindən, qanunvericiliklə müəyyən olunmuş vasitələrlə və qaydalara əməl olunmaqla sentyabrın 16-dan oktyabrın 8-i saat 18. 00-dək aparıla bilər. Qeyd edilən tələblərə zidd olan, seçkiqabağı təşviqat üçün qanunla nəzərdə tutulan müddətlərin və qaydaların pozulmasına səbəb olan, habelə hər hansı bir namizədin (qeydə alınmış namizədin) lehinə, yaxud əleyhinə olan və ya belə yozula bilən təşviqat materiallarının KİV-lər tərəfindən dərc edilməsi və yayımlanması qadağandır”.

MSK kütləvi informasiya vasitələrinə bu prosesdə qanunvericiliyin tələblərinə ciddi riayət olunmasını tövsiyə edir və inanır ki, həmin qurumların rəhbərləri və digər media mənsubları ölkənin beynəlxalq imicinin daha da möhkəmlənməsində vacib rol oynayacaq bu mühüm tədbirdə öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR