Moskva sakini Yeqor Şerbakovun ölümündə şübhəli bilinən Orxan Zeynalov Azərbaycanda da qətl ittihamı ilə axtarışdadır

Moskva sakini Yeqor Şerbakovun ölümündə şübhəli bilinən Orxan Zeynalov Azərbaycanda da qətl ittihamı ilə axtarışdadır
# 15 oktyabr 2013 11:07 (UTC +04:00)

APA-nın RİA «Novosti» agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Moskva hökumətinin bu gün keçirilən iclasında DİN-in şəhər Baş İdarəsinin rəisi Anatoli Yakunin məlumat verib.


Onun sözlərinə görə, Moskva polisi Azərbaycandakı həmkarları ilə əlaqə saxlayaraq, O. Zeynalovun Azərbaycanda da ölüm üstündə axtarışda olduğunu öyrəniblər: «Hazırda şübhəli şəxsin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri görülür».

Xatırladaq Ki, Y .Şerbakovun bazar günü qətlə yetirilməsi Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda kütləvi iğtişaşlara səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR