Azərbaycanda yalan reklamla məşğul olanlar 6 ilədək həbslə cəzalandırıla bilər

Azərbaycanda yalan reklamla məşğul olanlar 6 ilədək həbslə cəzalandırıla bilər
# 23 avqust 2013 14:02 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 198-ci maddəsinə dəyişikliklərin müzakirəyə çıxarılması gözlənilir.

Dəyişikliyə əsasən, əmtəələr, qulluq və xidmətlər haqqında, habelə onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədilə bilərəkdən yalan məlumatlardan reklamda istifadə etmə xeyli miqdarda ziyan vurma ilə nəticələndikdə 3 min manatdan 8 min manata qədər cərimə və ya 3 ilədək islah işləri ilə cəzalandırılacaq. Hazırda qüvvədə olan maddəyə görə isə bu, min manatdan 5 min manatadək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Dəyişikliyə əsasən, eyni əməllər külli miqdarda ziyan vurma ilə nəticələndikdə isə 3 ilədək islah işləri və ya 6 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Mövcud varianta görə isə bu cinayətə görə 2 ilədək islah işləri və ya 2 ilədək azadlıqdan məhrum etmə cəzaları tətbiq olunur.

Layihənin parlamentin növbəti iclaslarında müzakirəyə çıxarılması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR