Azərbaycanda 6 ədliyyə işçisi nöqsanlara görə cəzalandırılıb

Azərbaycanda 6 ədliyyə işçisi nöqsanlara görə cəzalandırılıb
# 19 fevral 2014 15:48 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyində bu gün keçirilən müşavirədə mövcud nöqsanlar və problemlər müzakirə olunub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda bəzi əməkdaşlar tərəfindən vəzifə borclarına və vətəndaşların qayğılarına laqeyd münasibət bəslənilməsi, əmək və icra intizamının pozulması halları qeyd edilib. Müşavirənin yekunları üzrə qanun pozuntuları və kobud nöqsanlara yol verdiklərinə görə bir sıra işçilər ciddi intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 6 nəfər tutduğu vəzifədən azad olunub və ya ədliyyə orqanlarından xaric olunub. Həmçinin, ədliyyə orqanlarının üzərinə düşən vəzifələrin dəqiq yerinə yetirilməsi, işçilərin məsuliyyət hissinin, intizamın və nəzarətin gücləndirilməsi ilə bağlı konkret tapşırıqlar verilib.

İclasda həmçinin, qarşıda duran digər vəzifələr müzakirə olunaraq ədliyyə fəaliyyətində ictimaiyyətin iştirakının gücləndirilməsi, vətəndaşların müraciətlərinə baxılması işinin müasir İKT-lərdən istifadə olunmaqla səmərəliliyinin artırılması, nazirliyin "Qaynar xətti"nin fəaliyyətinin təkmilləşdirilməsi, antikorrupsiya sahəsində treninqlərin keçirilməsi və s. tədbirlər müəyyən olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR