Bakıda quldurluq edən şəxs saxlanılıb

Bakıda quldurluq edən şəxs saxlanılıb
# 19 may 2014 08:16 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda quldurluq törədilib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə mayın 18-i saat 21:30 radələrində Tağıyev küçəsində qeydə alınıb. Bakı şəhər sakinləri Vüsal İbrahimov Ruslan Əliyevi və David Lalayevi yumruqla vurub, R.Əliyevdən içərisində 12 ABŞ dollar, 5 avro, 1 manat olan pul qabını, D.Lalayevin əlindən «İpod» alıb hadisə yerindən qaçarkən Səbail Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölməsinin və 9-cu Polis Bölməsi əməkdaşları tərəfindən tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR