Hüseyn Bağırov: “Son bir ildə Azərbaycanda 1382 hektar zeytunluq yaradılıb”

Hüseyn Bağırov: “Son bir ildə Azərbaycanda 1382 hektar zeytunluq yaradılıb”
# 20 sentyabr 2013 11:15 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Dəniz suyunun duzsuzlaşdırlması zavodu pilot layihədir. Zavod iqtisadi baxımdan ona qoyulan xərcləri ödəmək iqtidarındadır”.

APA-nın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda 1350 hektar ərazidə yaşıllaşdırma işlərinin aparılması planlaşdırılsa da, 1850 hektar ərazidə yaşıllaşdırma işləri aparılıb: “Son 1 il ərzində 1382 hektar ərazidə zeytunluq salınıb, onun 210 hektarı yalnız Xıdırlı kəndi ərazisindədir. Yalnız bu kənd 4-5 ildən sonra təxminən 3 min ton zeytun verəcək ki, bu da 650-700 ton yağ deməkdir. Bu isə 4-4,5 milyon manat vəsaitə bərabərdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR