Sabah Yaltada QDİƏT-ə üzv ölkələrin iqtisadiyyat nazirlərinin sammiti keçiriləcək

Sabah Yaltada QDİƏT-ə üzv ölkələrin iqtisadiyyat nazirlərinin sammiti keçiriləcək
# 22 may 2013 12:43 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. Sabah Yaltada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin iqtisadi məsələlər üzrə nazirlərinin sammiti keçiriləcək. APA-nın məlumatına görə, nazirlər Qara dəniz regionunda əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər. Sammit çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Ukrayna 2013-cü il iyunun 30-dək QDİƏT-ə sədrlik edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR