Quba rayonunda narkotik plantasiyası aşkarlanıb - VİDEO

Quba rayonunda narkotik plantasiyası aşkarlanıb - <span style="color: red;">VİDEO
# 06 iyun 2014 17:33 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində təxminən 2 sotdan artıq sahəni əhatə edən narkotik plantasiya müəyyənləşdirilib.

Məlum olub ki, həmin sahə Qubanın Barlı kənd sakini 55 yaşlı Mirişov Fərman Sədulla oğluna məxsusdur. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. F.Mirişov istintaqa verdiyi ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün əkdiyini deyib.

Quba RPŞ-nin müstəntiqi İlkin Kərimov APA-ya bildirib ki, həyata keçirilən əməliyyat nəticəsində 125 ədəd çətənə kolu maddi sübut kimi götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR