Pantomima Teatrında “Ora-bura” tamaşasının premyerası keçirilib

Pantomima Teatrında “Ora-bura” tamaşasının premyerası keçirilib
# 22 aprel 2014 10:05 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Dövlət Pantomima Teatrında “Ora-bura” tamaşasının premyerası keçirilib.

APA-nın məlumatına görə, ideya müəllifi və quruluşçu rejissoru Bəhruz Əhmədli olan səhnə əsərinin musiqi tərtibatı əməkdar artist Elman Rəfiyevə məxsusdur. Səhnə əsərinin plastik həll üzrə rejissoru xalq artisti Bəxtiyar Xanızadədir.

Tamaşada əməkdar artistlər Nargilə Qəribova, Elman Rəfiyev, aktyorlardan Elnur İsmayılov, Nurlan Rüstəmov, Əli Əlizadə, həmçinin əsərin müəllifi Bəhruz Əhmədli rol alıblar.

Avtobus dayanacağının təsviri ilə başlayan bu səhnə əsərindəki hadisələr insanın iç dünyasındakı ayrı mənin gizli, gözəl və elə bir o qədər də axmaq arzularını ideal biçimdə tamaşaçıya göstərməyə çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR