Bakının Yasamal rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib - FOTO - VİDEO

Bakının Yasamal rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 16 aprel 2014 23:43 (UTC +04:00)

APA-nın xəbərinə görə, qəza Həsən Bəy Zərdabi və Hakim Abbasov küçəsinin kəsişməsində qeydə alınıb. Rəşad Səfərovun idarə etdiyi "90 HL 081" dövlət nömrə nişanlı "Honda Aссord"la Kamil Allahverdiyevin idarə etdi "90 CC 836" nömrəli "VAZ 2016" toqquşub.

Qəza nəticəsində "VAZ 2106"nın sürücüsü Kamil Allahverdiyev xəsarət alıb. "Honda"nın sürücüsü Rəşad Səfərov isə hadisə yerindən qaçıb. Hadisə şahidlərinin sözlərinə görə, "Honda"nın sürücüsü içkili olub və işıqforun qadağan edici işığında yolu keçməyə cəhd edib.

Hadisə yerinə Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsinin əməkdaşları gəliblər. Yolda tıxac yarandığından hər iki avtomobil hadisə yerindən evakuasiya olunub.

Faktla bağlı Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR