Bakıda “Listinq Məsləhət Proqramı”nın təqdimatı keçirilib - FOTOSESSİYA

Bakıda “Listinq Məsləhət Proqramı”nın təqdimatı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 16 aprel 2014 10:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda kapital bazarında maliyyələşmənin təşviqi məqsədləri üzrə həyata keçirilən “Listinq Məsləhət Proqramı”nın (LMP) təqdimatı keçirilib.

APA-Economics”in məlumatına görə, təqdimatda çıxış edən Bakı Fond Birjasının (BFB) idarə heyətinin sədri Fariz Əzizov bildirib ki, LMP-nin əsas məqsədi fəaliyyət göstərdiyi sektorda lider olan şirkətlərin kapital bazarlarından maliyyələşmə imkanları barədə texniki məsləhətlər verməkdir. Şirkətlər bu proqramdan ödənişsiz yararlana bilərlər.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədr müavini İlqar Muradov bildirib ki, məsləhət proqramı Azərbaycan şirkətlərinin ucuz və dayanıqlı maliyyə mənbələrinə çıxış imkanlarını artıracaq.

Qeyd edək ki, LMP layihəsi Azərbaycan prezidentinin sərəncamı ilə təsdiq olunub və “2011-2020 illərdə Azərbaycanda Qiymətli Kağızlar bazarının inkişafı Dövlət Proqramı” çərçivəsində QKDK dəstəyi və BFB-nın müvafiq strategiyasına uyğun həyata keçirilir.

LMP çərçivəsində maliyyələşmə niyyətində olan şirkətlərə bu sahədə BFB-nın, habelə digər peşəkarların, auditorların, broker şirkətlərinin hüquqi ictimaiyyətlə əlaqələr üzrə ixtisaslaşmış şirkətlərin peşəkar və tam ödənişsiz əsaslarla dəstəyi nəzərdə tutur. Proqram kapital bazarından maliyyələşmə imkanlarının təşviqi, potensial şirkətlərin və emitentlərin müəyyən olunması, onlara əlverişli şərtlərlə uzunmüddətli və ucuz maliyyə resurslarına çıxış istiqamətində kömək göstərməsi tədbirlərini əhatə edir.

LMP-nin əsas məqsədi ölkə iqtisadiyyatının müxtəlif sektorlarında fəaliyyət göstərən və seqmentlərinin liderləri olan şirkətləri korporativ idarəetmə təcrübə təkmilləşdirməsi, maliyyə şəffaflığının təmin edilməsi, hesabatlılığın təşviqi, kapital bazarının üstünlükləri və buradan vəsait cəlb etməyin yolları barədə məlumatlandırmaqdan ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR