Azərbaycan Milli Tarix və Milli İncəsənət muzeylərini ziyarət 10 gün pulsuz olacaq

Azərbaycan Milli Tarix və Milli İncəsənət muzeylərini ziyarət 10 gün pulsuz olacaq
# 28 dekabr 2013 16:30 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. BP şirkətinin sponsorluğu ilə Azərbaycan Milli Tarix Muzeyi və Milli İncəsənət Muzeyinə 10 günlük sərbəst giriş kampaniyası keçirilir.

BP-dən APA-ya verilən məlumata görə, kampaniyanın keçirilməsində məqsəd məktəbliləri, tələbələri və qonaqları Azərbaycan tarixi və mədəniyyəti ilə daha yaxından tanış etməkdir.

Şirkətdən bildiriblər ki, açıq qapı günləri İncəsənət Muzeyində yanvarın 2-dən 12-dək, Tarix Muzeyində isə yanvarın 7-dən 17-dək keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR