Ağdaşda ölümlə nəticələnən yol qəzası baş verib - YENİLƏNİB

Ağdaşda ölümlə nəticələnən yol qəzası baş verib - <span style="color: red;">YENİLƏNİB
# 01 noyabr 2013 09:17 (UTC +04:00)

Ağdaş. Zahid Abışov, Elvin Yaqubov-APA. Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə ötən gecə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 252-ci kilometrliyində, Ağdaş rayonu ərazisində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1973-cü il təvəllüdlü Əhliman Mustafayevin idarə etdiyi 50-CX-323 dövlət nömrə nişanlı, “Hyundai İX35” markalı minik avtomobil Yevlax rayonu istiqamətində hərəkətdə olarkən idarəetmə itib, maşın yoldan çıxaraq aşıb. Qəza zamanı magistral yoldan 15 metr kənara düşən avtomobilin sürücü Əhliman Mustafayev hadisə yerində dünyasını dəyişib. Məlumata görə, Əhliman Mustafayev Bərdə rayonunda mebel sexinin rəhbəri olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olurmuş.

İlkin olaraq hadisəyə səbəb kimi yüksək sürət göstərilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR