Belçikada “Azərbaycan günü” adlı tədbir keçirilib

Belçikada “Azərbaycan günü” adlı tədbir keçirilib
# 21 yanvar 2014 11:27 (UTC +04:00)

Bakı-APA. Belçikanın Brügge şəhərində yerləşən “Avropa Kolleci”ndə Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi ilə bu ali təhsil ocağında “Azərbaycan günü” adlı tədbir keçirilib.

Azərbaycanın Belçika Krallığı və Lüksemburqdakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə universitetin professor-müəllim heyəti və çoxmillətli tələbə auditoriyası iştirak ediblər. Qeyd edək ki, ali təhsil ocağında hazırda Azərbaycandan 4 tələbə magistr pilləsi üzrə təhsil almaqdadır.

Tədbirdə Azərbaycan musiqisi səsləndirilib və tələbələr tərəfindən milli rəqslər nümayiş etdirilib.

İştirakçılar Azərbaycan şirniyyatları dadıblar. Yaradılmış stenddə ölkəmizə aid çoxsaylı təbliğat materialları, jurnal və broşürlər nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR