Benilüks Azərbaycanlıları Konqresi Avropa Parlamentinə müraciət ünvanlayıb

Benilüks Azərbaycanlıları Konqresi Avropa Parlamentinə müraciət ünvanlayıb
# 17 yanvar 2014 07:38 (UTC +04:00)

Bakı - APA. Benilüks Azərbaycanlıları Konqresi 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Avropa Parlamentinə və Benilüks ölkələrinin qanunverici qurumlarına müraciət ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, müraciətdə deyilir ki, 20 Yanvar 1990-cı il ümumxalq hüzn günü olmaqla yanaşı, eyni zamanda Azərbaycanda sovet rejiminin hakimiyyətinin sona çatmasının başlanğıcı olub.

Benilüks Azərbaycanlıları Konqresi müraciətində Avropa Parlamentini və Benilüks ölkələri qanunvericilərini bu qeyri-insani aksiyanı rəsmi şəkildə pisləyən qətnamə qəbul etməyə çağırıb.

Konqres üzvləri faciəyə Avropa Parlamenti tərəfindən siyasi qiymət veriləcəyinə, bu qanlı faciənin Avropa tarixi hafizəsinin tərkib hissəsi kimi qəbul ediləcəyinə inandıqlarını qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR