“Kommersant”: Viktor Yanukoviç Yuliya Timoşenko ilə koalisiya yarada bilər

“Kommersant”: Viktor Yanukoviç Yuliya Timoşenko ilə koalisiya yarada bilər
# 11 fevral 2014 08:29 (UTC +04:00)

Bakı – APA. Ukrayna prezident administrasiyasının rəhbəri Andrey Klüyev “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko ilə danışıqlar aparıb.

APA-nın “Kommersant-Ukraina” nəşrinə istinadən verdiyi məlumata görə, danışıqlarda hakim Regionlar Partiyasının “Batkivşina” ilə parlamentdə koalisiyanın yaradılması məsələsi müzakirə olunub.

Görüşün ötən həftə Xarkovda baş tutduğu bildirilir. Qeyd edək ki, Y.Timoşenko 2012-ci ilin may ayından Xarkovda xəstəxanada müalicə alır.

“Rəsmən “Batkivşina”da bu məlumatı şərh etmirlər, Prezident Administrasiyası rəhbərinə yaxın mənbə isə bu məlumatı qəribə adlandırıb. Eyni zamanda danışıqlarda ölkədə yaranmış vəziyyətdən çıxış yolunun axtarılması, habelə Regionlar Partiyası ilə “Batkivşina”nın Ali Radada səylərinin birləşdirilməsinin müzakirə edildiyinə dair məlumat var”, - deyə “Kommersant-Ukraina”nın məqaləsində vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR