Bakıda Milli Parkda intihara cəhd olunub

Bakıda Milli Parkda intihara cəhd olunub
# 14 yanvar 2014 12:43 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda Milli Parkda intihara cəhd olub. Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün “Saat Gülləsi”nin yaxınlığında qeydə alınıb. Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Vüsal Səadət oğlu Soltanov özünü dənizə atmaq istəyib. Hadisə yerində olan polis əməkdaşları onu fikrindən daşındıraraq 39-cu Polis Bölməsinə aparıblar. Bölmədə onunla aparılan söhbət zamanı V. Soltanovun ailə münaqişəsi zəminində özünə qəsd etmək istədiyi müəyyənləşib. V. Soltanov izahatı alındıqdan sonra sərbəst buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR