Bakı-Qazax yolunda avtomobil 73 yaşlı piyadanı vuraraq öldürüb

Bakı-Qazax yolunda avtomobil 73 yaşlı piyadanı vuraraq öldürüb
# 08 yanvar 2014 08:44 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda 73 yaşlı kişi yol qəzasında ölüb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Bakı-Qazax yolunun 347-ci kilometrliyində, Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində qeydə alınıb.

Şəxsiyyəti məlum olmayan sürücünün idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada 1941-ci il təvəllüdlü Vaqif Bahadır oğlu Muxtarovu vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR