Qəbələdə yanğın hadisəsi baş verib

Qəbələdə yanğın hadisəsi baş verib
# 08 aprel 2014 04:29 (UTC +04:00)

Bakı – APA. Qəbələdə fərdi yaşayış evində yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayon mərkəzindən 20 km aralıda yerləşən Tüntül kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR