“Muğanbank” aktivlərini 15% artırıb

“Muğanbank” aktivlərini 15% artırıb
# 17 aprel 2014 09:32 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Muğanbank” ASC-nin aktivlərinin həcmi 2014-cü ilin I rübündə 346,833 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 14,9% çoxdur.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 17% artaraq 241,758 mln. manata olub. O cümlədən, istehlak kreditlərinin həcmi 70,637 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin aprel ayının 1-nə olan göstəriciyə nisbətən 49,4% çoxdur. Bununla yanaşı, bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 52,3% artaraq 11,084 mln. manat olub.

Bankın depozit portfeli 2014-cü ilin yanvar-mart ayları ərzində 35,2% artaraq 148,388 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 106,514 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 19,6% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 8,7% artaraq 51 mln. 583,192 min manata çatdığı halda, nizamnamə kapitalı 7,8% artaraq 41 mln. 305,8 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 33% artaraq 13,119 mln. manat, xərcləri isə 34,7% artaraq 11 mln. 215,8 min manat təşkil edib.

Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 1 mln. 903,53 min təşkil edib.

Hazırda bankın ölkə üzrə 33 filialı, 57 bankomatı, 659 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR