Bakının bir neçə rayonunda içməli suyun verilişi üç günlük məhdudlaşdırılır

Bakının bir neçə rayonunda içməli suyun verilişi üç günlük məhdudlaşdırılır
# 13 may 2014 09:30 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Mayın 14-də saat 00:00-dan Bakının Qaradağ rayonuna, Səbayel rayonunun 20-ci sahə və Badamdar qəsəbələrinə, Binəqədi rayonunun Yeni Biləcəri yaşayış massivinə içməli su 36 saat müddətində məhdudiyyətlə veriləcək.

“Azərsu” ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumatına görə, bu, Kür su kəmərləri sisteminin 1 400 mm diametrli magistral xətlərindən birinin Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən hissəsində yenidənqurma işlərinin aparılması ilə əlaqədar həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR