ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması planına dəyişikliklər edilib

ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması planına dəyişikliklər edilib
# 11 fevral 2014 08:58 (UTC +04:00)

Bakı – APA. ABŞ qoşunlarının Əfqanıstandan 2014-cü ildə çıxarılması planına dəyişikliklər edilib.

APA-nın “The Wall Street Journal”a istinadən verdiyi məlumata görə, Vaşinqtonun qərarına Əfqanıstan prezidenti Həmid Karzayın təhlükəsizlik sahəsində ikitərəfli sazişi imzalamaq istəməməsi səbəb olub.

Yeni varianta əsasən, Əfqanıstan prezidenti öz postunu tərk edənədək Ağ ev fasilə götürmək imkanı əldə edir. Əfqanıstanda növbəti prezident seçkiləri 2014-cü ilin aprelin 5-də keçiriləcək. Ağ ev ümid edir ki, Əfqanıstanın yeni prezidenti müvafiq sənədə imza atacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR