Azərbaycan yığmasının futbolçusu “İnter”ə keçir

Azərbaycan yığmasının futbolçusu “İnter”ə keçir
# 03 iyul 2014 13:19 (UTC +04:00)

Bakı – APA. “Mən artıq “Bakı”nın futbolçusu deyiləm. Üzləşdiyimiz problemlər həll olunmadı və bu səbəbdən özümüzə yeni klub tapmağa məcbur olduq”. Bu sözləri apasport.az saytına milli komandamızın futbolçusu Cavid Hüseynov deyib.

O bildirib ki, növbəti mövsümdən “İnter” klubunun şərəfini qoruyacaq.

26 yaşlı futbolçu artıq bütün məsələlərdə razılıq əldə olunduğunu və yalnız müqavilə bağlamaq üçün “bankirlər”dən cavab gözlədiyini söyləyib: “İnter”lə bütün məsələlərdə razılıq əldə etmişəm. Sadəcə, müqavilə imzalamaq qalır. Yəqin ki, yaxın günlərdə rəsmi müqaviləyə imza atacağam”.

Qeyd edək ki, Hüseynov əvvəllər də “İnter”də çıxış edib. O, 2007/2008, 2008/2009 və 2009/2010-cu illərdə paytaxt klubunda top qovub. Həmin illərdə “bankirlər”in heyətində 23 oyun keçirən yarımmüdafiəçi 3 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR