Şəkidə ikimərtəbəli, altı otaqlı ev yanıb

Şəkidə ikimərtəbəli, altı otaqlı ev yanıb
# 27 mart 2014 06:39 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Xidmətindən (DYMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Kiçik Dəhnə kəndində qeydə alınıb.

Kənd sakini Salamov Qurban Knyaz oğluna məxsus, ümumi sahəsi 196 kv/m olan ikimərtəbəli 6 otaqlı evdə naməlum səbəbdən yanğın baş verib.

Hadisə yerinə Şəki rayon DYMX-nin texnikası və canlı qüvvəsi cəlb edilib. İkimərtəbəli ev içərisindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb. Evə bitişik, sahəsi 40 kv/m olan köməkçi tikili və qaraj yanğından mühafizə olunub. Evdə yanğın baş verən zaman ev sahiblərinin Bakıda olduğu bildirilir. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı Şəki rayon DYMX-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR