Lənkəranda mebel istehsalı sexində yanğın olub

Lənkəranda mebel istehsalı sexində yanğın olub
# 15 may 2014 22:06 (UTC +04:00)

Bakı-APA. Lənkəranda ötən gün axşam saatlarında yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Lənkəran şəhərində "Proqress-1" MMC-yə məxsus ümumi sahəsi 1200 kv.m olan mebel istehsalı sexində baş verib. Nəticədə, sexin ofis otağında tavan və dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR