Maya Kosanoviç: “Altılıq” ölkələri İranla nüvə müzakirələrini qısa müddətdə bərpa etməyə hazırdır”

Maya Kosanoviç: “Altılıq” ölkələri İranla nüvə müzakirələrini qısa müddətdə bərpa etməyə hazırdır”
# 06 sentyabr 2013 13:07 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Altılıq” ölkələri İranla nüvə müzakirələrini qısa müddətdə bərpa etməyə hazırdır”. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin sözçüsü Maya Kosanoviç bildirib.

Onun sözlərinə görə, İranın “altılıq” ölkələri ilə nüvə müzakirələrini aparacaq nümayəndə heyətini dəyişdirməsi onun öz işidir: “Ancaq Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton və “altılıq” ölkələri İranla nüvə müzakirələrinə qısa müddətdə başlamağa hazırdır”.

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinin aparılması ölkənin Xarici İşlər Nazirliyinə tapşırılıb. İran prezidenti Həsən Ruhani sentyabrın 5-də imzaladığı sərəncama əsasən, bundan sonra ölkənin nüvə məsələsinə görə İran Xarici İşlər Nazirliyi məsuliyyət daşıyacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR