Sərdar Cəlaloğlu: “Bu gün Azərbaycanda dəyişikliyi Rusiya təsiri altına etmək istəyənlər xəyanət yolundadırlar” - FOTO

Sərdar Cəlaloğlu: “Bu gün Azərbaycanda dəyişikliyi Rusiya təsiri altına etmək istəyənlər xəyanət yolundadırlar” - <span style="color: red;">FOTO
# 07 avqust 2013 10:01 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Ümid Partiyasının bu gün keçirilən IV qurultayında çıxış edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

O qeyd edib ki, ADP və “Qarabağ” bloku dəyişiklik üçün bu yolu tutmayacaq: “Biz daim dəyişiklik uğrunda milli prinsipləri əsas götürmüşük”.

S. Cəlaloğlu deyib ki, ölkədəki dəyişikliklər xalqın və dövlətin maraqlarına uyğun olmalıdır: “Başqa dövlətin maraqlarına xidmət olmamalıdır. Başqalarının düşüncəsinə görə tutduğumuz yolu dəyişməməliyik. Təəssüf ki, bizim blokdan fərqli olaraq digər bəzi bloklar, birliklər bu yolu tutub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR