Nərgiz Musəvi: “Atamla anam ev dustaqlığına salındıqdan sonra sağlamlıqlarını itirdilər”

Nərgiz Musəvi: “Atamla anam ev dustaqlığına salındıqdan sonra sağlamlıqlarını itirdilər”
# 30 aprel 2014 09:37 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Atamla anamın həbsdən əvvəl səhhətlərində heç bir problem yox idi. Ancaq onlar ev dustaqlığına salındıqdan sonra sağlamlıqlarını itirdilər”.

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bunu İran müxalifətinin liderlərindən sayılan, dörd ilə yaxındır ev dustaqlığında saxlanılan Mirhüseyn Musəvinin qızı Nərgiz Musəvi bildirib.

O, atasının sağlıq durumundan xəbərsiz olduğunu söyləyib: “Atam uzun müddətdir xəstədir. Hər kəs onun ürəyində üç ildir problem yarandığını bilirdi. Ancaq bununla belə, atamın müalicəsi hər dəfə təxirə salınıb. Şənbə günündən etibarən onun halı pisləşsə də, heç bir iş görülməyib”.

N.Musəvi atasının saxlanılma şəraiti haqda da məlumat verib: “Evin bir tərəfi, qapıları tamamilə bağlıdır”.

Qeyd edək ki, M.Musəvi ürəyindəki qəfil nasazlığa görə İran təhlükəsizlik qüvvələrinin nəzarəti altında Tehrandakı xəstəxanalarından birinə köçürülüb. O, davamlı başgicəllənmə və aşağı qan təzyiqi simptomlarından əziyyət çəkir. Həkimlər onun xəstəxanada yerləşdirilməsini tələb etsələr də, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) buna icazə vermir. Musəvi 2012-ci il avqustun 23-də ürək-damar tutulmasından əməliyyat olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR