ADA aşağı faizli təhsil kreditləri təklif edir

ADA aşağı faizli təhsil kreditləri təklif edir
# 06 avqust 2013 16:15 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycan Diplomatik Akademiyası I, II v III qruplar üzrə altı bakalavr ixtisası (“Kompüter elmləri”, “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi”, “Beynəlxalq münasibətlər”, “İqtisadiyyat”, “Biznesin idarə edilməsi”, "Dövlət və ictimai münasibətlər") təklif edir. APA-nın məlumatına görə, ADA tələbələrə uzunmüddətli və aşağı faizli təhsil kreditlərindən yararlanmaq imkanı da təklif edir.

ADA-nın strategiya və inkişaf üzrə prorektoru Emin Hüseynov deyib ki, dünya praktikasında təhsil kreditləri aşağı faizlə verilərək əhalinin bütün təbəqələrindən olan tələbələrə mükəmməl təhsil almaq fürsəti yaradır. Diplomatik Akademiya bu praktikanı Azərbaycanda tətbiq edərək artıq iki ildir ki, bakalavr və magistr tələbələrinə əlverişli şərtlərlə uzunmüddətli kreditin alınmasında köməklik göstərir.

Bir neçə yerli kommersiya bankı ilə əldə olunmuş razılaşmaya əsasən 10 il müddətinə verilən təhsil kreditinin aylıq ödəniş məbləği 15 manata qədərdir. Təhsil müddətində yalnız kreditin faiz hissəsini ödəyən məzunlar akademiyanı bitirdikdən sonra kreditin əsas borcunu aylıq cəmi 65 manat civarında ödəyirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR