Prokuror Qurban Məmmədovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib

Prokuror Qurban Məmmədovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib
# 28 noyabr 2013 12:00 (UTC +04:00)

Vəkil Süleyman Qasımovun APA-ya verdiyi məlumata görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, Q. Məmmədovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses dekabrın 4-də davam etdiriləcək.

Qeyd edək ki, vəkil Q. Məmmədov barəsində Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Sonradan istintaq orqanı tərəfindən Q. Məmmədova Cinayət Məcəlləsinin 299.1-ci (zərərçəkmişi pulla ələ alma) maddəsi ilə əlavə ittiham da elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR