Azərbaycan ərazisində bir neçə yanğın hadisəsi olub

Azərbaycan ərazisində bir neçə yanğın hadisəsi olub
# 19 oktyabr 2013 23:21 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın bir neçə rayonunda ötən axşam yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Astara rayonu, Sığaloni kəndində (rayon mərkəzindən 26 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 49 kv.m olan tövlədə yanğın baş verib. Nəticəsə tövlənin dam örtüyünün yanar konstruksiyaları 28 kv.m sahədə və damına yığılmış 2 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bundan başqa, Cəlilabad rayonu Qaraağac kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan tövlədə yanğın olub. Nəticədə, tövlənin çardağının yanar konstruksiyaları 35 kv.m sahədə və çardağına yığılmış 7 ton ot bağlamasının 2 tonu yanıb. Çardağın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın Yardımlı rayonu, Vərgədüz kəndində (rayon mərkəzindən 13 km aralı, torpaq yol) vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan tövlədə baş verib. Nəticədə tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılmış 4 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 19:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR