Son iki gündə Günəşdə yüksək dərəcəli iki partlayış olub

Son iki gündə Günəşdə yüksək dərəcəli iki partlayış olub
# 10 noyabr 2013 11:55 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, “Roshodromet”in Tətbiqi Geofizika İnstitutundan bildirilib ki, bu, son üç gün ərzində baş verən ikinci partlayışdır.

Partlayışın mənbəyi Günəş diskinin mərkəzinə yaxın 1890 aktiv səthi (ləkələr qrupu) olub. Həmin səthdə noyabrın 8-də də X1.1 dərəcəli alışma qeydə alınıb.

Hər iki hadisə ani partlayış hesab olunur və güclü geomaqnit həyəcanlanması yaratmır. Əvvəl məlumat verilmişdi ki, noyabrın 8-də baş verən alışma noyabrın 11-də aşağı sinifli G1 maqnit qasırğasına səbəb ola bilər.

Qeyd edək ki, Günəş partlayışları rentgen şüalanması gücündən asılı olaraq beş sinifə bölünür: A, B, C, M və X.

A0.0 maksimum sinif hesab olunur.

Partlayışlar bir qayda olaraq Günəş plazmasının atılması ilə müşahidə olunur. Plazmalar yerə çataraq maqnit qasırğasına səbəb ola bilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR