Azərbaycanda ilk dəfə olaraq alimlər üçün xüsusi mükafat təsis olunacaq

Azərbaycanda ilk dəfə olaraq alimlər üçün xüsusi mükafat təsis olunacaq
# 16 may 2013 09:26 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycanda ilk dəfə olaraq alimlər üçün xüsusi mükafat təsis olunacaq. APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev jurnalistlərə açıqlamasında deyib.


Onun sözlərinə görə, Fond öz fəaliyyətində müxtəlif qurumlarla əməkdaşlıq edir: “2-ci “Şuşa qrantı” UNESCO üzrə Azərbaycan Milli Komissiyası ilə birlikdə elan olunub. İstəyirik ki, alimlər üçün xüsusi mükafatı da həmin təşkilatla birgə təsis edək. Hazırda bu məsələ üzərində iş gedir”.

İcraçı direktor, həmçinin deyib ki, 2-ci “Şuşa qrantı” müsabiqəsi çərçivəsində qaçqın və məcburi köçkünlərin reproduktiv sağlamlıq məsələləri də öz əksini tapacaq: “1-ci “Şuşa qrantı” üzrə 4 layihə uğurla yerinə yetirilib. Artıq bu müsabiqə üzrə 2 layihənin ölkədən kənarda təqdimatını keçirməyə də hazırlaşırıq. Bu səbəbdən 2-ci “Şuşa qrantı”nın əhatə dairəsini genişləndirdik. Hesab edirik ki, 2-ci “Şuşa qrantı müsabiqəsinə daha çox müraciətlər olacaq. Budəfəki müsabiqədə ənənəvi ictimai-humanitar mövzularla yanaşı, tibb sahəsi üzrə də müəyyən layihələr gözləyirik. Qaçqın və məcburi köçkünlərin reproduktiv sağlamlıq məsələləri, onlar arasında psixoloji durum və bu kimi digər məsələlər “Şuşa qrantı”nda öz əksini tapacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR