Azərbaycan şahmatçısı dünya çempionu olub

Azərbaycan şahmatçısı dünya çempionu olub
# 29 dekabr 2013 15:04 (UTC +04:00)

Bakı – APA. Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərində yeniyetmə şahmatçılar arasında dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi yarışı 1 qızıl və 2 bürünc medalla başa vurub.


Belə ki, həmyerlilərimizdən Nicat Abbasov (U-18, blits) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər medalları isə Səbinə İbrahimova (U-18) və Elşən Süleymanlı (U-8) qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR