Zakir Həsənov Fransa Müdafiə Nazirliyinin Silahlandırma Baş İdarəsinin direktor müavinini qəbul edib

 Zakir Həsənov Fransa Müdafiə Nazirliyinin Silahlandırma Baş İdarəsinin direktor müavinini qəbul edib
# 01 iyul 2014 15:29 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Fransa Müdafiə Nazirliyinin Silahlandırma Baş İdarəsinin Avropa və Cənubi Amerika üzrə direktor müavini Jan-Kristov Nuronu qəbul edib.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR