Əli Həsənov Mingəçevir və Ağdamda məcburi köçkünlər üçün nəzərdə tutulan evlərin inşası ilə tanış olub - FOTO

Əli Həsənov Mingəçevir və Ağdamda məcburi köçkünlər üçün nəzərdə tutulan evlərin inşası ilə tanış olub - <span style="color: red;">FOTO
# 09 iyun 2014 08:43 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Mingəçevirdə olub.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məcburi köçkünlər üçün salınan yeni məhəllədə aparılan tikinti işlərinin gedişi ilə tanış olan Ə. Həsənov inşaat işlərini aparan tikinti şirkətləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirib, inşaatçılarla görüşüb, onların təkliflərini dinləyib və tövsiyələrini verib.

Müşavirədə çıxış edən cənab Ə. Həsənov deyib ki, Mingəçevir şəhərində salınan bu yaşayış massivində 11 doqquzmərtəbəli binanın tikintisi nəzərdə tutulur. 594 ailəlik yaşayış kompleksində eyni zamanda məktəb binası, uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzinin də tikintisi planlaşdırılıb.

Nazir müavini qeyd edib ki, hazırda Dövlət Proqramına uyğun olaraq Mingəçevir, Bərdə, Ağdam, Göygöl, Qaradağ, Beyləqan, Saatlı və Hacıqabul rayonlarının ərazisində məcburi köçkün ailələri üçün qəsəbə və məhəllələr inşa edilir.

Ə. Həsənov həmçinin Ağdam rayonu ərazisində 632 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbəyə baş çəkib. Məlumat verilib ki, ərazidə tikinti işləri başa çatmaq üzrədir. Qəsəbədə 440 şagird yerlik yeni məktəb binası, 50 çarpayılıq uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, tibb məntəqəsi və poçt binası tikilib. Qəsəbə qaz, su, və elektrik ilə tam təchiz olunacaq. Ə. Həsənov burada da tikinti işlərini aparan şirkətlərin rəhbərləri ilə görüşüb, tapşırıq və tövsiyələr verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR