Lənkəranda narkotik alverçisi tutulub

Lənkəranda narkotik alverçisi tutulub
# 01 iyul 2014 11:01 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Lənkəranda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini Nəzər Nəzərovnun evinə baxış zamanı 8 kiloqram 800 qram qurudulmuş xaş-xaş, 0,172 qram heroin və 1 şprisdə 0,02 qram məhlul aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR