Azərbaycanda bank əmanətlərinin həcmi son bir ildə 35% artıb

Azərbaycanda bank əmanətlərinin həcmi son bir ildə 35% artıb
# 07 yanvar 2014 08:38 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında yerləşdirilən əhalinin əmanətlərinin ümumi həcmi 2013-cü il dekabrın 1-nə 6 419,6 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 34,8% çoxdur.

«APA-Economics»in xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, ötən ilin yanvar-noyabr ayları ərzində əmanətlərin həcmi 1 306,2 mln. manat və ya 25,6%, noyabr ayında isə 116,2 mln. manat və ya 1,8% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR