Paytaxtda avtomobil qaçıran şəxs saxlanılıb - FOTOSESSİYA - VİDEO

Paytaxtda avtomobil qaçıran şəxs saxlanılıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 22 may 2014 21:49 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Paytaxtda avtomobil qaçıran şəxs polis tərəfindən saxlanılıb. APA-nın xəbərinə görə, Bakı şəhər sakini Seymur Əhmədov ona məxsus avtomobilin oğurlanması ilə bağlı polisə müraciət edib.

Dərhal Xəzər rayon Polis İdarəsində avtomobilin tapılaraq aşkar olunması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilib. Seymur Əhmədova məxsus minik maşını Nəvai postunda Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Alayının Nəzarət Postunda saxlanılıb. Araşdırma zamanı məlum olub ki, avtomobili Saatlı rayon sakini 28 yaşlı Elmar Fətullayev qaçırıb. Saxlanılan şəxs avtomobili oğurlanmadığını, rayona getmək üçün müvəqqəti götürdüyünü söyləyib. O bildirib ki, maşının sahibi dostunun iş yoldaşıdır.

Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Seymur Əhmədov məxsus "Saipa" markalı avtomobil Buzovna-Mərdəkan yolunda qaçırılıb. Elmar Fətullayev maşının qapısını özündə olan açarlar vasitəsi ilə açıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 185.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR