Boliviyada ciddi rejimli həbsxanadakı iğtişaşlarda ölənlərin sayı 31-ə çatıb

Boliviyada ciddi rejimli həbsxanadakı iğtişaşlarda ölənlərin sayı 31-ə çatıb
# 25 avqust 2013 04:23 (UTC +04:00)

Bakı-APA. Boliviyada ciddi rejimli həbsxanada baş vermiş iğtişaşlar zamanı ölənlərin sayı 31 nəfərə çatıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Boliviyanın DİN-in rəhbəri Karlos Romero bildirib.

Onun sözlərinə görə iğtişaşlara səbəb həbsxanadakı iki korpusun məhbusları arasında yaranmış münaqişə olub. Məhbuslar arasında baş vermiş dava zamanı 2 qaz balonu partlayıb, nəticədə güclü başlayıb. Məhbusların əksəriyyəti məhz yanğının qurbanı olub. 50-dən çox dustaq ağır yanıq xəsarətləri alıb, bir neçə nəfərin vəziyyətinin kritik olduğu bildirilir.

Santa Krus departamentində faciə ilə bağlı ikigünlük matəm elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR