Arif Rəhimzadə: “Bələdiyyə torpaqlarının mövsümi icarəyə verilməsi müəyyən təzyiqlər ucbatından ləngiyir”

Arif Rəhimzadə: “Bələdiyyə torpaqlarının mövsümi icarəyə verilməsi müəyyən təzyiqlər ucbatından ləngiyir”
# 13 sentyabr 2013 09:50 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda bələdiyyə torpaqlarının mövsümi icarəyə verilməsinə imkan verən qanun layihəsinin qəbul olunması müəyyən təzyiqlər ucbatından ləngiyir.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında sədr Arif Rəhimzadə bildirib.

O qeyd edib ki, bu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna ediləcək əlavələr layihəsidir: “Ötən sessiyada müzakirəyə çıxarılması nəzərdə tutulsa da, müəyyən təzyiqlər nəticəsində təxirə salındı. Amma bu təzyiqlərə baxmayaraq, bələdiyyə torpaqlarının mövsümi istifadəyə edilməsi ilə bağlı bəndin qanuna əlavə edilməsi layihəsini payız sessiyasında yenidən işləyərək müzakirəyə çıxarmağa çalışacağıq”.

Qeyd edək ki, bu əlavəyə əsasən, bələdiyyələrə hüquq verilir ki, balanslarında olan torpaqları mövsümi icarəyə verə bilsinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR