Elmi-Tədqiqat Kardiologiya İnstitutunda qətl törədilib

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda qətl törədilib
# 16 may 2014 10:11 (UTC +04:00)

Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Elmi-Tədqiqat Kardiologiya İnstitutunda qeydə alınıb.

Orada müalicə olunan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseynağa Cəlilov münaqişə zəminində müalicədə olan Saatlı rayon sakini Mikayıl Hüseynovu bıçaqlayaraq qətlə yetirib.

Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində H.Cəlilov tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR