Şabran rayonunda silah-sursat tapılıb

Şabran rayonunda silah-sursat tapılıb
# 24 may 2013 12:55 (UTC +04:00)

Şabran. Vəli Turan – APA. Şabran rayonunda silah-sursat aşkarlanıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Əmirxanlı kəndi ərazisində 1 ədəd “AK” silahı, 1 ədəd ov tüfəngi, 183 ədəd müxtəlif çaplı patron və bir ədəd patron darağı tapılıb. Şabran rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, silah-sursat hər hansı cinayətdə istifadə olunub-olumadığını müəyyənləşdirmək üçün ekspertizaya göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR