Kvebekdə qocalar evində baş vermiş yanğın nəticəsində 32 nəfər ölüb

Kvebekdə qocalar evində baş vermiş yanğın nəticəsində 32 nəfər ölüb
# 25 yanvar 2014 18:21 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, faciə Monrealdan 450 km aralıda yerləşən İl-Vert şəhərində qeydə alınıb. Məlumata görə, qocalar evində 60-dək insan yaşayırmış, yanğın baş verən an binada olanların dəqiq sayı məlum deyil.

Yanan binadan 20 nəfəri təxliyə etmək mümkün olub, onlardan çoxu müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Yanğının səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR