Fuad Qəhrəmanlı: “Milli Şura mitinqləri hələlik təxirə salıb”

Fuad Qəhrəmanlı: “Milli Şura mitinqləri hələlik təxirə salıb”
# 05 noyabr 2013 09:10 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Demokratik Qüvvələrinin Milli Şurasının mitinqləri hələlik təxirə salınıb.

Bu barədə APA-ya məlumat verən Milli Şuranın üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib ki, mitinqlər qurumun prezidentliyə keçmiş namizədi Cəmil Həsənlinin xarici səfərləri səbəbindən hələlik keçirilmir. Onun sözlərinə görə, Milli Şuranın mitinqlərinin davamlı keçirilməsi nəzərdə tutulur: “Mitinqlərin təxirə salınması ilə bağlı qərar yoxdur. Sadəcə, Cəmil Həsənli bu aralar ölkədə olmadığına görə, aksiyaların keçirilməsinə müəyyən müddətə ara verilib”.

F. Qəhrəmanlı qeyd edib ki, noyabrın 14-17-də C. Həsənlinin ABŞ-a səfəri nəzərdə tutulub: “Cəmil Həsənli səfərlərini yekunlaşdırıb, ölkəyə qayıtdıqdan sonra yəqin ki, növbəti mitinq elan olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR