ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri: “İrana qarşı təzyiq davam etdirilməlidir”

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri: “İrana qarşı təzyiq davam etdirilməlidir”
# 05 oktyabr 2013 11:55 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “ABŞ İrana qarşı təzyiq və hərbi təhdidlərini davam etdirməlidir”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri, senator Bob Menendez bildirib.

Onun sözlərinə görə, İranın mesajçısı dəyişdi, amma mesajı dəyişmədi: “Biz İranın nüvə silahına yiyələnəcəyindən qorxuruq. Əgər İran sentrifuqaların sayını artırmağı davam etdirsə, 2014-cü ilin ortalarında nüvə bombası istehsal edə biləcək vəziyyətə gələcək”.

B.Menendez deyib ki, ABŞ İran prezidenti Həsən Ruhaninin BMT Baş Assambleyasının 68-ci sessiyasındakı çıxışını müsbət qarşılayır: “Ancaq bizim üçün mühüm olan İranın dedikləri deyil, görəcəyi işlərdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR