Qırğızıstanın müşahidəçi missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək

Qırğızıstanın müşahidəçi missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək
# 07 oktyabr 2013 11:04 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Qırğızıstanın müşahidəçi missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək.

Qırğızıstanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, 10 nəfərlik nümayəndə heyətinə bu ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Tuyqunali Abdraimov sədrlik edəcək.

Nümayəndə heyətinə eyni zamanda Joqorku Keneşin (parlament) deputatları Karamat Orozova, Bolot Şer, Bahadır Süleymanov, Qırğızıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Aycigit Buranov, ölkənin XİN və TürkPA-da olan nümayəndələri və digərləri daxildir.

Azərbaycanda olduğu zaman Qırğızıstanın nümayəndə heyətinin Milli Məclisin rəhbərliyi və hər iki ölkənin MSK sədrləri ilə görüşləri nəzərdə tutulub. Seçkilərdən sonra nümayəndə heyəti mətbuat konfransı keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR