Moskva meri: “Biryulevodakı meyvə-tərəvəz bazası çox güman ki, açılmayacaq”

Moskva meri: “Biryulevodakı meyvə-tərəvəz bazası çox güman ki, açılmayacaq”
# 16 oktyabr 2013 11:11 (UTC +04:00)

Bakı – APA. Moskva meri Sergey Sobyanin paytaxt əhalisini əmin edib ki, qeyri-leqal miqrasiya və bu sahədə cinayətkarlıqla mübarizə davam edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, S. Sobyanin moskvalıların bazarlarda, ticarət bazalarında qayda-qanun yaratmaq, qanunsuz miqrasiyanın qarşısını almaq və hüquq-mühafizə orqanlarının fəaliyyətini yaxşılaşdırmaqla bağlı tələblərini anladıqlarını və dəstəklədiklərini, bu istiqamətdə müvafiq addımların atıldığını söyləyib: “Yeqor Şerbakovun qətli xüsusilə ağır cinayətdir, lakin bu fakt provokatorlar tərəfindən talanlar və kütləvi qarışıqlıq yaratmaq üçün istifadə oluna bilməz”.

Mer Biryulevodakı meyvə-tərəvəz bazasının bağlandığını və çox güman ki, heç vaxt açılmayacağını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR