SAM-a Azərbaycanı araşdırmaq istəyən yüzlərlə ekspertin müraciətləri daxil olub - FOTO

SAM-a Azərbaycanı araşdırmaq istəyən yüzlərlə ekspertin müraciətləri daxil olub - <span style="color: red;">FOTO
# 11 noyabr 2013 08:17 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinə Azərbaycanı araşdırmaq istəyən yüzlərlə ekspertin müraciəti daxil olub”.

APA-nın məlumatına görə, bunu SAM-ın direktoru Fərhad Məmmədov Bakıda keçirilən MDB ölkələri gənc şərqşünaslarının II qurultayında deyib.

O qeyd edib ki, SAM artıq 6 ildir ki, fəaliyyətdədir və bu dövr ərzində hansı istiqamətlərin dünya ekspertləri üçün maraqlı olduğunu özü üçün müəyyənləşdirib: “Azərbaycan öz geosiyasi mövqeyi etibarilə həm Avropa, həm də Asiyada baş verən proseslərin tərkib hissəsindədir. Həmçinin türk dünyasında baş verən proseslərin bir parçasıdır”. F.Məmmədov deyib ki, Azərbaycan artıq 200 ildir ki, Rusiya ilə yaxın əlaqədədir və 1000 ildən artıqdır ki, İran məkanı ilə bağlantıdadır: "Bütün bunlara nəqliyyat, energetika və münaqişələr kimi mövzuları da əlavə etsək, Azərbaycanın ekspertlər üçün niyə bu qədər maraqlı olduğunu anlayarıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR