Lent.az İnformasiya Agentliyinin yaranmasından 6 il ötür - VİDEO

Lent.az İnformasiya Agentliyinin yaranmasından 6 il ötür - <span style="color: red;">VİDEO
# 25 iyun 2014 07:50 (UTC +04:00)

APA-nın xəbərinə görə, agentlik 2008-ci il iyunun 25-dən hər gün oxucuları üçün obyektiv, operativ və dolğun xəbər lenti hazırlayır, müxtəlif səpkili layihələr həyata keçirir.

Hazırda Lent.az Azərbaycanda ana dilimizdə ən böyük xəbər portalıdır. Portal gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də reportajlar, araşdırmalar, siyasətdən şou-biznesə qədər geniş spektrdə maraqlı materiallar təqdim edir. Saytda ölkə və dünyanın maraqlı insanları haqda portret yazılar, yaxın və uzaq tarixin ən qaranlıq məqamları ilə bağlı mühüm araşdırmalar işıq üzü görür.

APA İnformasiya Agentliyi həmkarlarını 6 yaş münasibətilə təbrik edir və uğurlarının davamını diləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR